Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2021 14:25
Xalq artisti Simarə İmanovanın bacısı Gülarə İmanova ilk dəfə efirdə qonaq olub.
Sonxeber.net Lent.az-a istinadən xəbər verir ki, məşhurun bacısı "Günün sədası" verilişində bildirib ki, onun da oxumaq üçün səsi var:
"Simarə xanımın böyük bacısıyam. Bizim səsimizi bir-birimizə bənzədirlər. Mənim də səsim var. Səs anamızdan gəlib. Ailə qurdum, 17 il sənətdən ayrı qaldım. Sonra yaxınlarımın təkidi ilə sənətə qayıtdım. El şənliklərinə gedirəm".