Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xarici diplomların tanınmasında yenilik: Prosesə hansı dəyişikliklər edilib? - VİDEO

Xarici diplomların tanınmasında yenilik: Prosesə hansı dəyişikliklər edilib? - VİDEO

Tarix: 18 Noyabr 2021 17:42

Azərbaycanda xarici diplomların tanınmasında yenilik tətbiq edilib. Dəyişiklik diplomların tanınma prosesini asanlaşdıracaq. Bəs bu imkandan kimlər yararlanacaq? İndiyə kimi ixtisas uyğunsuzluğu səbəbindən ölkə ərazisində tanınmayan xarici diplomlarla bağlı da yeni xəbərlər var. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, xarici diplomların tanınmasında yeni yanaşmanın tətbiqinə başlanıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin department direktoru Nicat Əsədli bildirdi ki, xarici diplomların tanınması ilə bağlı ekspertiza prosesinə dəyişiklik edilib. Onun sözlərinə görə dəyişikliyə səbəb Azərbaycanın "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyanda götürdüyü öhdəliklərlə bağlıdır. Bundan sonra bakalavriat səviyyəsində bir ixtisasa yiyələnmiş tələbələr öz təhsillərini xarici dövlətdə fərqli ixtisas sahəsi üzrə davam etdirəcəkləri təqdirdə diplomlarının ölkə ərazisində tanınmasında problem yaranmayacaq. 

Nicat Əsədli indiyə kimi uyğunsuzluq səbəbindən ölkə ərazisində tanınmayan xarici diplomlarla bağlı məsələyə də aydınlıq gətirib. 

Nicat Əsədli əlavə edib ki xarici diplomların tanınması ilə bağlı yeni yanaşma dünya ölkələrinin praktikası nəzərə alaraq tətbiq edilir.

Milli.Az


Etiketlər:  Xarici diplomların tanınmasında yenilik Prosesə hansı dəyişikliklər edilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ