Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Oğlum kafelərə mal paylayır, günə 10 manat qazanır'' - Əməkdar artist

''Oğlum kafelərə mal paylayır, günə 10 manat qazanır'' - Əməkdar artist

Tarix: 18 Noyabr 2021 20:45

"Ürək çatışmazlığından əziyyət çəkirəm. Həm də allergiyam var, ayaqlarım şişib, gəzə bilmirəm". 

Sonxeber.net xəbər verir ki, bu sözləri olay-a bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Əməkdar artist Elmira Əliyeva deyib.

Səhhətində problem yaranan "Lalə" qızlar ansamblının solisti xəstəxanada ona yaxşı qulluq edilmədiyini, pis xidmət göstərildiyini iddia edib. Əməkdar artist eyni zamanda maddi çətinlik çəkdiyini də əlavə edib:

"İllərlə səhnədə olmuşam, 50 il ingilis dili müəllimi kimi işləmişəm. 360 manat pul alıram. O da heç dərmanlarıma  çatmır. Xəstəxana xərclərini özüm ödəyirəm. Zülmlə dolanırıq. Kirayə qalmırıq, amma balaca otağımız var. Mənə kömək etsinlər. Çox çətinlik çəkirəm. Ev, təqaüd istəyirəm. Heç olmasa öləndə məni hörmətlə torpağa tapşırsınlar. Ölənə qədər yaxşı baxsınlar. Bir oğlum kafelərə mal paylayır, günə 10 manat qazanır.  Bilmir onu da mənə versin, yoxsa dərmanlara".

Qeyd edək ki, xanəndə 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alır.


Etiketlər:  Oğlum kafelərə paylayır günə manat qazanır Əməkdar artist


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ