Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbolçudan gözlənilməz addım: Maaşının azaldılmasını istədi

Futbolçudan gözlənilməz addım: Maaşının azaldılmasını istədi

Tarix: 19 Noyabr 2021 09:32

Rusiya millisinin yarımmüdafiəçisi Roman Zobnin Moskva "Spartak"ının rəhbərliyindən maaşının azaldılmasını istəyib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın tanınmış idman jurnalisti İlya Kazakov öz "Telegram" kanalında məlumat yayıb.

"Gözlənilməz bir addımdır. Mənim üçün buna inanmaq çox çətindir. Zobnin "Spartak" rəhbərliyinə yaxınlaşaraq maaşının azaldılmasını istəyib. O, bunu haqq etdiyindən daha çox maaş alması ilə əlaqələndirib. Daha əvvəl isə mətbuatda Zobinin bir ələ 3-3,3 milyon avro maaş aldığı açıqlanırdı", - deyə jurnalist vurğulayıb.

İndi isə futbolçu üç illik müqaviləyə əsasında ilinə iki milyon avro alacaq.

"Spartak" klubunun rəhbərliyi isə bu xəbəri şərh etməkdən imtina edib.

Milli.Az


Etiketlər:  Futbolçudan gözlənilməz addım Maaşının azaldılmasını istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ