Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən ay Azərbaycanda pandemiya başlayandan bəri aylıq səyahətlərin həcmində ən yüksək hədd qeydə alınıb

Ötən ay Azərbaycanda pandemiya başlayandan bəri aylıq səyahətlərin həcmində ən yüksək hədd qeydə alınıb

Tarix: 20 Noyabr 2021 13:26

Oktyabr ayında aylıq səyahətlərin həcmi ilk dəfə olaraq pandemiyadan əvvəlki həcmin 85%-nə çatıb ki, bu da ictimai nəqliyyata etibarlılığın artmasını göstərir.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, bunu Bakı Nəqliyyat Agentliyi Aparatının rəhbəri Gülşən Rzayeva UITP-nin Avrasiya regionu üzrə İcraiyyə Komitəsinin iclasında deyib.

G.Rzayeva Bakıda ictimai nəqliyyatın inkişafı ilə bağlı post-COVİD dövrünün prioritetləri mövzusunda çıxış edib.

Agentlik tərəfindən pandemiya dövründə ictimai nəqliyyatda əlçatanlığın, rahatlığın və təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən operativ tədbirlər, ekspres xətlərin və avtobus zolaqlarının təşkili haqda məlumat verilib. Həmçinin, qeyd edilib ki, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, avtobus parkının və nəqliyyat infrastrukturunun inkişafına dövlət investisiyaları davam edib ki, bu da, hər hansı fövqəladə hallarda sərnişindaşıma və mobilliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Post-COVİD dövrünün əsas prioritetlərindən olan piyada zonaları və velosiped yollarının yaradılması, avtobus parkının yenilənməsinin, mərkəzləşdirilmiş dispetçer xidmətinin fəaliyyətinin genişləndirilməsinin, ümumilikdə şəhər mobilliyinin inkişafı istiqamətində gələcək planlar barədə məlumat verilib və ictimai nəqliyyat etibarın bərpa edilməsinin əsas məqsədlərdən olduğu bildirilib.

Milli.Az


Etiketlər:  Ötən Azərbaycanda pandemiya başlayandan bəri aylıq səyahətlərin həcmində yüksək hədd qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ