Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsan öz günahlarını bağışlatmaq üçün nə etməlidir?

İnsan öz günahlarını bağışlatmaq üçün nə etməlidir?

Tarix: 20 Noyabr 2021 19:42

Günahları bağışlatmaq üçün bəzi göstərişlər mövcuddur. Birincisi, əgər günah başqa bir şəxsin haqqının aradan getməsi ilə bağlıdırsa, ilk növbədə mütləq o şəxsdən halallıq alınmalıdır. Yalnız halallıq alındıqdan sonra tövbə etməyin faydası olar. Tövbənin hər hansı xüsusi ayini yoxdur. Yetər ki, insan etdiyi günahın çirkinliyini anlasın, özünü şiddətlə məzəmmət etsin, bir daha bu hərəkəti təkrar etməyəcəyinə qəti şəkildə Allah qarşısında vəd versin. Tövbəni məscidin içində, Qurana əl basaraq etmək də olar, amma bu vacib şərt deyil. Günahları Allah dərgahında bağışlatmaq üçün səmimiyyətlə Allaha yalvarmaq, dua etmək lazımdır. Bu zaman Allahın mərhəmətinə ümidlə Allahın qəzəbindən qorxu hissləri bərabər həddə olmalıdır. Tövbənin qəbul olması üçün ehtiyaclı adamlara sədəqə vermək, xeyir işlər görmək də çox faydalıdır. Tövbə edən şəxs güclü iradəyə malik olmalıdır ki, bir daha həmin günaha qayıtmasın və sözünün üstündə dursun.

Milli.Az


Etiketlər:  İnsan günahlarını bağışlatmaq üçün etməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ