Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2021 14:36
Türkiyənin "TV8" kanalında yayımlanan "Kırmızı oda" serialında növbəti ayrılıqlar yaşanıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, layihədə "Derya" obrazına həyat verən aktrisa Ayça Bingöl ekran işi ilə vidalaşıb. O, sosial media hesabında fotolar paylaşaraq "Deryanın səyahəti bitdi. Məni "Kırmızı oda"da gözəl qarşıladılar. Hər kəsə təşəkkür edirəm. Yaxın zamanda yenidən görüşmək ümidi ilə" sözlərini yazıb.
Onunla yanaşı seriala yeni daxil olan məşhur müğənni və aktyor Emre Altuğ da serialdan ayrılıb.
Qeyd edək ki, ekran işinin baş rolunu Binnur Kaya canlandırır.