Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2021 11:42
Londonun Polşa-Belarus sərhəddindəki davranışları onun yenidən Rusiya ilə qarşıdurmaya qoşulmağa cəhd etdiyini göstərir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu polşalı politoloq Mateuş Piskorski deyib.
Onun sözlərinə görə, Böyük Britaniyanın Aİ-dən çıxması və Polşa ilə ABŞ arasında münasibətlərin pisləşməsi Varşava və Londonu daha da yaxınlaşdırıb:
"London ABŞ-ın bu və ya digər şəkildə Çin probleminə fokuslandığı fürsətindən istifadə edir. Ona görə də hesab edirəm ki, London 19-cu əsrdə olduğu kimi Rusiyaya qarşı "böyük oyunu" bərpa etməyə çalışır".