Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid Orxan Kərimli döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib - VİDEO

Şəhid Orxan Kərimli döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib - VİDEO

Tarix: 22 Noyabr 2021 13:56

Hələ uşaqlıqdan vətənə, torpağa sevgisi var idi. Orxanın, ən böyük arzusu isə işğal altında olan torpaqlarımızı azad görmək idi.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Orxan Kərimli 2000-ci ildə Göyçayda anadan olub.

Orta məktəbi bitirən Orxan daha sonra ali təhsilini yarımçıq saxlayaraq 2019-cu ilin oktyabrında həqiqi hərbi hərbi xidmətə gedib.

O, 2020-ci ildə  başlayan əks-hücum əməliyyatlarında igidlik  göstərib. İlk olaraq Murovdağ, sonra isə Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edib. 

Orxan Kərimli döyüşlər  vaxtı ermənilərin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib.

Oktyabrın 9-da döyüş tapşırıqlarını yerinə yetirərkən ağır yaralanaraq şəhadətə yüksəlib.

Orxan Kərimli  ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasina görə" və

"Kəlbəcərin azad olunmasına görə" medalları  ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Şəhid Orxan Kərimli döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini texnikasını məhv edib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ