Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəsur döyüşçünün savaş hekayəsi - VİDEO

Cəsur döyüşçünün savaş hekayəsi - VİDEO

Tarix: 22 Noyabr 2021 14:56

Onların barəsində danışanda qamətimiz dikəlir, qürurumuz yüksəlir, sinəmiz fərəhlə dolur.

Onlar torpağı Vətən, ordunu müzəffər, xalqı qəhrəman, Qarabağı azad, Şuşanı bəxtəvər edən oğullar idi. Qəhrəman oğullarımızdan biri də Elşən İsmayılovdur.

Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, İsmayılov Elşən İsə oğlu 25 mart 1997-ci ildə Şəmkir rayon Seyfəli kəndində anadan olub.

2003-2014-cü illərdə şəhid Faiq Ələkbərov adına orta məktəbdə təhsil alıb. 2015-2016 cı illərdə hərbi xidmətdə olub. Elşən Vətən müharibəsi başlayanda silaha sarılaraq ön cəbhəyə atılır.

Vətənin igid oğlu 44 günlük Zəfər tarixinin ilk günlərindən döyüşlərdə olub.

Qəhrəmanımız düşmənlə döyüşməkdən savayı odun alovun içindən, döyüş meydanından yaralı hərbçilərimizi tibb məntəqələrinə yetişdirmək üçün də əməyini ortaya qoyub.

Elşən İsmayılov 8 noyabr günü müqəddəs Şuşa torpaqlarında şəhid adını qazanıb. Həmin gün atasının doğum günü idi. İgid oğul doğum günündə atasına edə biləcəyi ən böyük hədiyyəni, Zəfəri, Şuşanın azadlığını və Şəhid atası adını bağışlayır.

Şəhid Elşən İsmayılov "Vətən uğrunda, "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.


Etiketlər:  Cəsur döyüşçünün savaş hekayəsi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ