Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Artıq Sinovac ilə Böyük Britaniyaya daxil ola bilərsiniz

Artıq Sinovac ilə Böyük Britaniyaya daxil ola bilərsiniz

Tarix: 22 Noyabr 2021 21:18

Noyabrın 22-dən Böyük Britaniya digər ölkələrdən gələn səyahətçilər tərəfindən ölkəyə səfər etmək üçün tanınan vaksinlərin siyahısını genişləndirib.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, bu barədə Britaniya hökumətinin bəyanatında deyilir.

"22 Noyabr Bazar ertəsi səhər saat 4:00-dan etibarən hökumət Ümumdünya Səhiyyə Təşkilatının peyvəndlərini təcili istifadə üçün tanıyacaq. Nəticədə Sinovac (CoronaVac), Sinopharm Beijing və Covaxin təsdiqlənmiş səyahət vaksinləri siyahısına əlavə olunacaq", - deyə bəyanatda bildirilir. 

Tam peyvənd edilmiş və sertifikatlı sərnişinlərin uçuşdan əvvəl testdən keçməsi, 8-ci gün test verməsi və ya gəliş zamanı özünütəcrid etməsinə ehtiyac yoxdur.

Xatırladaq ki, Böyük Britaniya 2021-ci il noyabrın 1-dən Oxford-AstraZeneca, Pfizer-BioNTech, Moderna və Johnson & Johnson peyvəndlərinin hər iki dozasını almış əcnəbilərin COVID pasportlarını tanıyır.

Qaydalara görə sərnişinlər:

ölkəyə gəlməzdən ən azı 14 gün əvvəl peyvəndin ikinci dozasını almış olmalıdır
peyvənd sertifikatı ingilis dilində olmalıdır, burada şəxsin adı, doğum tarixi, nə vaxt və harada peyvənd olunduğu barədə məlumatlar göstərilməlidir.

Azərbaycandan səyahət edən şəxslər Böyük Britaniyaya daxil olarkən sərnişin blanklarını doldurmalıdırlar

Böyük Britaniyaya gəldikdən iki gün sonra PCR və ya "lateral flow" testi aparılmalıdır.

Milli.Az


Etiketlər:  Artıq Sinovac ilə Böyük Britaniyaya daxil ola bilərsiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ