Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Sarı canavar”ı ilə xidmət edərkən şəhid olan Əli - VİDEO

“Sarı canavar”ı ilə xidmət edərkən şəhid olan Əli - VİDEO

Tarix: 23 Noyabr 2021 13:22

Vətən mənim bu günüm.  Sabahkı toy düyünüm. Haqqım varki öyünüm Azərbaycan deyəndə. Haqq savaşında haqqımız olanı tələb etmək üçün savaşdı. Daim zirvələrə qaldırıb çiynində gəzdirdiyi bayrağa bu dəfə özü büküldü. Söhbət 44 günlük vətən müharibəsində şəhadətə ucalan qəhrəmanlarımızından biri olan Əli Qasımovdan gedir.

''O nə qədər böyüsə də, mənim körpə balam idi. Qoxusu burnumda, həsrəti daim ürəyimdədir''.

Bunlar, 1 ildən artıqdır ki, balasının səsinə, qoxusuna həsrət qalan şəhidimiz  Əli Qasımovun anasının sözləridir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki,  Aynur ana deyir ki, bu dünyanın ən ağır yükü bala dərdi çəkməkdir. Amma tək təsəllisi balasının Şəhid adıdır. İndi Aynur xanım başındakı bala yadigarı olan bu yaylıqla gəzir. Deyir ki, o, övladımın mənə əmanətidir. Ondan alıram oğlumun qoxusunu.

44 günlük vətən müharibəsində şəhadətə ucalmış qəhrəmanlarımızdan olan Əli Qasımov 2001-ci il mayın 20-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanıb. 2-ci Qarabağ döyüşləri başlayanda qəhrəmanımız kəşfiyyat bölüyündə xidmətini davam etdirirmiş. Müharibənin ilk günündən ön xəttə atılan Əli Qasımov Tərtərin Suqovuşan və Talış kəndləri, eləcə də Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 

Atalar oğullarının güc simvolu olur. Şəhidimizin atası İbrahim Qasımov deyir ki, gücü, qüvvəti övladı Əlinin şəhadətə ucaldığı gündən sanki tükənib. ''2 övladım düşmənlə savaşa girsə də, zabit kimi xidmət edən oğlumun deyil, məhz  Əlinin şəhid olacağını hiss etmişdim''-deyə İbrahim Qasımov etiraf edir. 

Əli Qasımov ötən il oktybarın 23-də Tərtərin Talış kəndi yaxınlığında döyüş yoldaşını xilas edərkən aldığı qəlpə yarasından şəhadətə ucalıb. Ata-baba yurdu olan Tovuz rayonun Hacalı kəndində dəfn edilib. Qəhrəman şəhidimiz ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az


Etiketlər:  Sarı canavarı ilə xidmət edərkən şəhid olan Əli VİDEO


RƏYLƏR