Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Karantini pozan toy təşkilatçısı cərimələndi - VİDEO - FOTO

Karantini pozan toy təşkilatçısı cərimələndi - VİDEO - FOTO

Tarix: 23 Noyabr 2021 17:56

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı Uzunqazmalar kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, yoxlamalar zamanı 10 nəfərdən çox qonağın COVID-19 pasportu olmadığı üçün toy sahibi Mirzap Kaçiyev barəsində protokol tərtib edilib və o, 200 manat cərimələnib.

Digər bir qayda pozuntusu isə "Şam" restoranında keçirilən toy mərasimində qeydə alınıb. Belə ki, mərasim barədə məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb və obyektin sahibi Əhməd Babayev inzibati məsuliyyətə cəlb edilib.

Milli.Az


Etiketlər:  Karantini pozan toy təşkilatçısı cərimələndi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ