Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abortdan imtina edən hamilə sevgilisini öldürüb, itə yedizdirdi - FOTO

Abortdan imtina edən hamilə sevgilisini öldürüb, itə yedizdirdi - FOTO

Tarix: 23 Noyabr 2021 18:06

Hamilə sevgilisini öldürüb itlərə yedizdirən qapıçınn paylaşımına izləyicilər sərt reaksiya verib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, "Atletiko Mineiro"nun keçmiş qapıçısı Bruno Fernandes de Souza 2010-cu ildə abortdan imtina edən sevgilisi Eliza Samudionu öldürüb, cəsədinin bir hissəsini itlərə yedizdirdiyinə görə məhkum edilib. Bu cinayətə görə 22 il həbs cəzası alan və açıq həbsxanaya göndərilən Souza pitbull iti ilə pozalar verib.

Hökm çıxarıldıqdan sonra həbsxanaya göndərilən Fernandes 2013-cü ildən açıq həbsxanada qalır. Tez-tez gündəmə gəlməyən keçmiş qapıçı sosial şəbəkə hesabında yazdığı paylaşımla reaksiyaların mərkəzinə çevrilib.

Bir çox sosial şəbəkə istifadəçisi keçmiş qapıçının ünvanına ağır tənqidlər yağdırıb.

Milli.Az


Etiketlər:  Abortdan imtina edən hamilə sevgilisini öldürüb itə yedizdirdi FOTO


RƏYLƏR