Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sibel Candan Azərbaycanla bağlı geyim qalmaqalı - FOTO

Sibel Candan Azərbaycanla bağlı geyim qalmaqalı - FOTO

Tarix: 24 Noyabr 2021 11:40

Türkiyəli məşhur ifaçı Sibel Can daha bir geyim qalmaqalı ilə gündəmə gəlib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, bu dəfə onun "Şarkılar bizi söyler" proqramında geyindiyi yaşıl libas söz-söhbətə səbəb olub.

Belə ki, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı dizayner Sultan Qədimbəyli iddia edib ki, Sibel Canın libası oğurluqdur. Bu barədə o, İnstaqramın stori bölməsində məlum verib.

Bildirilib ki, sözügedən paltarın eynisi aylar öncə azərbaycanlı müğənni Altunaya Sultan Qədimbəyli tərəfindən hazırlanıb. O zaman bənövşəyi rəngdə təqdim edilən libas bu dəfə S.Canın səhnəsində yaşıl rəngdə gözə çarpıb.

Qeyd edək ki, Sibel Canın libasını dizayner Amor Qariboviç hazırlayıb.

Milli.Az


Etiketlər:  Sibel Candan Azərbaycanla bağlı geyim qalmaqalı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ