Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tərbiyəmə, şəxsiyyətimə ləkəli sözlər deyirlər''

''Tərbiyəmə, şəxsiyyətimə ləkəli sözlər deyirlər''

Tarix: 25 Noyabr 2021 06:35

Əməkdar artist Elza Seyidcahan "Təsir dairəsi" verilişinə gələrək yardım istəyib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni anasına məxsus obyektlə bağlı yaşanan qalmaqala görə proqrama müraciət edib. O bildirib ki, qarşı tərəf onun fotolarını sosial şəbəkədə yayaraq, qeyri-etik ifadələr işlədir:

"Anama qarşı təhqirlər, təzyiqlər var. Gəlirəm ki, qızım, anam ağlayır, təzyiq edilir. Evimdən arxayın deyiləm. Evin kişisi, qadını, qulluqçusuyam. Necə evimdən arxayın olmadan tədbirə gedim? Məhkəmə qərar verib ki, guya biz 57 min borcluyuq. Bunu necə ediblər bilmirik. Nə bizi dindiriblər, nə şahid var. Amma qanun qarşısında nə edək? Mənim fotolarımı sosial şəbəkədə yayır, Azərbaycan qadınına, tərbiyəmə, şəxsiyyətimə ləkəli sözlər deyirlər".

Sənətçi bildirib ki, bunu edən Rüstəm Kərimzadə adlı şəxsdir. Seyidcahanın anası söyləyib ki, R.Kərimov bunları hazırda həbsdə olan Fərid və Faiq Azayevin sifarişi ilə edir. 

Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur. Xatırladaq ki, Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu haqda mediada xəbərlər yayılmışdı. O, daha sonra müğənniyə qarşı 300 min manatlıq məhkəmə iddiası da qaldırmışdı.


Etiketlər:  Tərbiyəmə şəxsiyyətimə ləkəli sözlər deyirlər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ