Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2021 10:42
İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın layihələndirmə və planlaşdırma ehtiyaclarının təmin olunması üçün topoqrafik xəritələrin hazırlanması işləri aparılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclasında məlumat verilib.
Bildirilib ki, eləcə də bu rayonlarda yerli tikinti və inşaat materialları ehtiyatları qiymətləndirilib, bərpa-quruculuq işlərində istifadə üçün təklif edilib.
İclasda həmçinin ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib.
Qeyd edək ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Şuşa və Ağdam nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Energetika, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Turizm Agentliyinin, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.