Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2019 10:40
Bakı. Elçin Mehdiyev - Trend:
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Qızılağac körfəzinin müasir dövrdə morfoloji, hidrometeoroloji və hidrokimyəvi şəraiti öyrənilir.
İnstitutdan Trend-ə verilən məlumata görə, tədqiq olunan ərazidə dərinlik üzrə ölçmə işləri aparılıb, səth suyundan və dib çöküntülərindən nümunələr götürülüb, axın sürətinin, səth suyunun və havanın temperaturu ölçülüb.
Həmçinin, kiçik və böyük körfəzlər arasında mübadilə kanallarının (su axıdılan, qəza və balıq keçən) vəziyyəti və dənizin səviyyə durumu haqqında məlumatlar toplanıb, eləcə də arxivləşdirmə işləri yerinə yetirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin