Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2021 20:00
"Səs Azərbaycan" mahnı müsabiqəsində yer alan iştirakçı Əli Muradovun adının Rusiyada "Qızıl Fonda" düşdüyü məlum olub.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, uzun müddət Rusiyada yaşayan vokal və skripka ifaçısı Əli hələ 12 yaşında ikən adı qalib olduğu beynəlxalq müsabiqələrə görə Fonda daxil edilib. Adı düşən ilk azərbaycanlı olan Muradovun haqqında fondun kitabında geniş informasiya dərc olunub.
Qeyd edək ki, Əli "Səs"də Polad Bülbüloğlunun "Gəl, ey səhər" mahnısını səsləndirib. Musiqiçi ifası ilə münsiflərdən Brilliant Dadaşovanı döndürə bilib.
20 yaşlı Əli Muradov Bakı Musiqi Akademiyasının 3-cü kurs tələbəsidir. O, Xalq artisti, professor Gülnaz İsmayılovanın sinifində solo oxuma bölməsində təhsil alır.