Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2021 11:54
Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin olunub.
Bu barədə Sonxeber.net-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumata görə, tibb müəssisəsinin direktor vəzifəsi İlqar Ramizoğluna həvalə edilib. O, bu vaxta qədər həmin xəstəxananın həkim-kardioloqu vəzifəsində çalışıb.
Qeyd edək ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əzizov işdən çıxarılıb. O, marketlərdən birindən oğurluq etməsi ilə bağlı görüntüləri yayıldığı üçün öz ərizəsi əsasında vəzifəsindən azad olunub.