Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2021 16:20
Müğənni Xatun Əliyeva stilist qardaşı Balaşı itirdikdən sonra uzun müddət yaradıcılığına fasilə verib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bundan əvvəl bir mahnı təqdim edən sənətçi bu dəfə fotosessiya etdirib. Balaşsız kamera qarşısına keçməyin onun üçün çətin olduğunu deyən Xatun yeni layihəsinə "Səndən sonra" adını verib.
"Doğrudan da çətindir Balaşsız kamera qarşısına keçmək, hansısa işləri yaratmaq, təqdim etmək. Komandamın və yaxınlarımın sayəsində az da olsa həvəslənirəm və nələrsə etməyə çalışıram".
Xatunun geyimlərinin müəllifi Şəlalə Maqsudovaya məxsusdur, fotoları isə Ruslan Teymurfulatov lentə alıb.