Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Stresdə olarkən çəkinizə belə nəzarət edin

Stresdə olarkən çəkinizə belə nəzarət edin

Tarix: 28 Noyabr 2021 12:45

Stressin bədən çəkisinə ciddi təsiri var. Bu bəzi şəxslərdə çəki almaq və ya tam əksi arıqlamaqla nəticələnə bilər. Stress altında olduğunuz zaman yemək vərdişləriniz dəyişir. Bəzilərində iştahsızlıq, bəzilərində isə yemək istəyi artır. Bu da təbii olaraq çəkiyə təsir edir.

Milli.Az Axşam.az-a istinadən stressi azaldaraq çəkinizi nəzarətdə saxlamağınıza yardımçı olacaq üsulları təqdim edir:

İdmanla məşğul olun

İdman etmək iki fərqli şəkildə çəki verməyinizə kömək olacaq. Birincisi, bədəni hərəkətdə saxlayır, ikincisi, isə stress səviyyəsini azaltmağa kömək edir.

Qidalanmaya diqqət edin

Yemək vərdişlərinizi nəzarət altında saxlayaraq çəki almağın qarşısını ala bilərsiniz. Sadə qida gündəliyi və qeydlər apararkən sağlam olmayanları fərqli bir rəngdə yazmaq bütün zərərli qidaları, xüsusən cips kimi məhsulları istifadə etməzdən əvvəl iki dəfə düşünməyinizə səbəb olacaq. Karbohidratların və yağların sizi xoşbəxt etməcəyini xatırlayacaqsınız.

Prioritetlərinizi təyin edin

Stress altında olduğumuz zaman davranışlarımız haqqında çox düşünə bilmərik. Bunu sistemli hala salaraq qida, iş və vacib olan öncəliklərinizi düzgün şəkildə edə bilərsiniz.

Yeməkdən əvvəl dərindən nəfəs alın

Nəfəs almaq düşünmədən etdiyimiz bir şeydir. Dərindən nəfəs almaq isə sakitləşdirici təsir göstərərək stress hormonlarının səviyyəsini azaltmağa kömək edir. Hər yeməkdən əvvəl bir neçə dəfə dərin nəfəs almaq sakitləşməyinizə kömək edəcək.

Stressi azaldacaq fəaliyyətlərə yer verin

Yaxşı bir kitab, isti içki və sakit musiqi ilə keçirdiyiniz bir neçə saat stressin bədənə təsirini və yemək istəyini azaldacaq. Yoqa və meditasiya kimi mənəvi məşqlər də stresslə mübarizədə çox faydalıdır. Stresdən qaynaqlanan çəki nəzarətinin ən təsirli həlli onu aradan qaldırılmasına yönəlməkdir.

Milli.Az


Etiketlər:  Stresdə olarkən çəkinizə belə nəzarət edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ