Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2021 13:44
Bərdədə dəmir konstruksiya ilə qurulan körpü qəzalı vəziyyətə düşüb. Bu səbəbdən rayonun Qarayusifli kəndinin sakinləri hər gün təhlükə ilə üz-üzədirlər.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, kəndi iki hissəyə bölən Qarabağ kanalının üzərində yerləşən körpünün hər an uçmaq təhlükəsi var.
Xüsusilə qış aylarında vəziyət daha da təhlükəli olur.
Körpü Qarayusifli kəndini magistral avtomobil yoluna və digər yaşayış məntəqələrinə birləşdirir. Təxminən 40 il əvvəl kənd sakinlərinin şəxsi təşəbbüsü və imkanları hesabına inşa edilmiş, hazırda isə standartlara cavab verməyən körpü ciddi təhlükə mənbəyinə çevrilib. Ensiz körpüdə avtomobillər çətinliklə hərəkət edir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən körpü qurumun balansında deyil.
Bərdə Rayon İcra Hakimiyətindən isə bildirilib ki, körpü sovetlər dönəmində kolxozun balansında olub. Hazırda isə onların tabeliyində deyil. Bir sözlə, körpüyə sahib çıxan tapılmır. Kəndə alternativ yol isə 6 km. aralıda olan körpüdən keçir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: