Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lazer epilyasiyası zamanı qadının üzünü yandırıb bu hala saldılar – FOTO

Lazer epilyasiyası zamanı qadının üzünü yandırıb bu hala saldılar – FOTO

Tarix: 30 Noyabr 2021 20:26

Aslı İlhan haqqını məhkəmədə axtarsa da, verilən qərardan narazıdır.

Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərində yaşan Aslı İlhan 2 noyabr 2020-ci il tarixində sosial şəbəkədə reklamını gördüyü gözəllik salonlarından birinə üz tutub.

Zərərçəkənin iddiasına görə, lazer epilyasiyası zamanı gözəllik salonunun işçisi telefonla sevgilisi ilə dalaşırmış. Bu zaman o əlindəki lazer cihazını qadının üzündə unudub və cihaz bir neçə saniyyə sonra qadının üzünü yandırmağa başlayıb. İlkin tibbi yardımdan sonra qadına üzündə heç bir izin qalmayacağı deyilsə də, bir müddət sonra yanıq izləri daha da dərinləşib.

Üzünün hər tərəfi yanan qadın polis bölməsinə gedərək şikayət edib. Polis işi araşdırdıqdan sonra məhkəməyə göndərib.

Məhkəmə üzündə 2-ci dərəcəli yanıq xəsarəti alan Aslı İlhanın işini yekunlaşdırıb.

Qərara görə, gözəllik mərkəzinin sahibi A.A gündəlik 20 lirədən 168 gün məhkəmə cəriməsi ödəyəcək.

Bu qərar isə zərərçəkmişin narazılığına səbəb olub. Aslı İlhan ona verilən 3 min 360 lirəni maddi və mənəvi təzminat hesab etmədiyini bildirib: "Üzümün yanmasından 1 il keçib. Bir il ərzində nələr çəkdiyimi mən və vəkilim bilirik. İşimiz bitdi, amma qəbullanmaq istəmirəm. Çünki 3 min 360 lirə bir ilimi qaytarmır. Hüquq mübarizəm davam edəcək. Başqalarının da belə qurban olmasını istəmirəm".


Etiketlər:  Lazer epilyasiyası zamanı qadının üzünü yandırıb hala saldılar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ