Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2021 21:15
Təbii üz, heç yoxmuş kimi görünən makiyaj və ya təbii görünüş...
Buna nail olmaq bəzən çox çətin görünür.
Təbii görünüşlü makiyaj heç makiyaj etməmək demək deyil, az makiyajla təbii görünməkdir.
Buna nail olmaq mümkündür. Bunun üçün sadəcə ən əsas vasitələrdən istifadə olunur. Ancaq bu zaman ən əhəmiyyətli amillərdən biri də bu vasitələrdən düzgün şəkildə istifadə etməkdir. Əgər yayda təbii görünüşlü makiyaja üstünlük verirsinizsə, qüsursuz makijayla bağlı məlumatlar sizə faydalı olacaq.
1.Nəmli süngərdən istifadə edin
Əgər təbii makiyaj üçün çox kosmetik vasitə və məhsul lazım olduğunu düşünürsünüzsə, yanılırsınız. Təbii makiyaj üçün çox kosmetik vasitə gərəkli deyil, ancaq digər makiyaj stillərindən daha çox səy göstərmək gərəkdir. Tonlarla makiyaj fırçası əvəzinə yüngülcə nəmləndirdiyiniz bir makiyaj süngərindən istifadə edə bilərsiniz.
Tonal kreminizi və ya BB kremini və gözqapadıcını yüngül şəkildə nəmləndirdiyiniz süngərlə üzünüzə çəkərək makiyajın üzünüzə daha yaxşı hopmasının təmin edə bilərsiniz.
2.Krem və maye preparatlara üstünlük verin
Tətbiqetmə texnikası kimi, seçdiyiniz makiyak vasitələri də təbii makiyaja nail olmaq üçün çox önəmlidir. Pudra (kirşan) şəklindəki vasitələr təəssüf ki, təbii makiyaj üçün münasib deyil. Bu vasitələr üzünüzdəki incə cizgilərin arasına hoparaq lazım olduğundan daha tutqun görünüş yaradır.
Yağlı dəri növlərinə sahib olanlar belə özlərinə uyğun maye və ya krem şəklində, yüngül formulalı, yağ balanslaşdırıcı xüsusiyyəti olan vasitələrə üstünlük verə bilərlər.
BB kremlər kimi həm dərini nəmləndirən kremlər, həm də qüsursuz bir görünüşü təmin edən rəngli nəmləndiricilər əsil təbii makiyaj üçündür.
3.İki fünksiyalı məhsullardan istifadə edin
Təbii makiyajda bir rəng ailəsinin eyni tonlarından istifadə etmək idealdır, ancaq eyni məhsulu həm dodaqlara, həm də yanaqlara çəkmək daha gözəl bir görünüş yaradar və dəridə daha təbii görünər.
İki funksiyalı məhsul bir rənglə yanaqlarına və dodaqlarına çox xoş rəng qatar.