Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-ın baş infeksionisti Afrika ştammından qorunma yolunu - AÇIQLADI

ABŞ-ın baş infeksionisti Afrika ştammından qorunma yolunu - AÇIQLADI

Tarix: 30 Noyabr 2021 21:36

ABŞ baş infeksionisti Entoni Fauçi prezident Baydenə məruzəsində yeni Omikron ştammından qorunmaq üçün yeganə yolu açıqlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, infeksionist revaksinasiyanın ən etibarlı yol olduğunu deyib.

"Bizə 2 həftə vaxt lazımdır ki, bu ştammın yoluxuculuğu, ağırlıq dərəcəsi və digər təsirləri barədə dəqiq informasiya əldə edək. 2 doza peyvənd olunmuşların buster dozanı vurdurması istənilən mutasiyadan ağırlaşmanın qarşısını ala bilər".
Ağ Ev ekspertləri bütün peyvənd olunmuş şəxslərə mümkün qədər tez üçüncü dozanı vurdurmağa çağırır.

Kim ki, hələ peyvənd olunmayıb, təcili olunsun. Hazırda ABŞ-da 6 ay öncə Pfizer vaksini vurduran hər kəs üçüncü dozaya dəvət olunur.

Milli.Az


Etiketlər:  ABŞ ın baş infeksionisti Afrika ştammından qorunma yolunu AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ