Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT rəsmisi Azərbaycana başsağlığı verib

BMT rəsmisi Azərbaycana başsağlığı verib

Tarix: 30 Noyabr 2021 21:42

"Xızıda faciəvi helikopter qəzası xəbəri kədərləndirdi".

Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva özünün tviterdəki hesabında yazıb.

"Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir. Xəsarət alanların tezliklə sağalmasını arzu edirik", - BMT rəsmisi əlavə edib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.


Etiketlər:  rəsmisi Azərbaycana başsağlığı verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ