Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu marşrutların hərəkət sxemi dəyişdirildi

Bu marşrutların hərəkət sxemi dəyişdirildi

Tarix: 1 Dekabr 2021 09:38

Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (Fətəli Xan Xoyski küçəsindən Heydər Əliyev prospekti istiqamətində) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Sonxeber.net xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bununla əlaqədar olaraq, 2, 4, 5, 17, 24, 26, 38, 67, 202 və M8 nömrəli marşrutların hərəkət sxemlərində müvəqqəti dəyişiklik edilib.

Dəyişikliyə əsasən, sözügedən marşrutların hərəkət sxemi müvəqqəti olaraq Faiq Yusifov, Əliyar Əliyev, Əhməd Rəcəbli, Gülarə Qədirbəyova küçələri ilə təşkil ediləcək.


Etiketlər:  marşrutların hərəkət sxemi dəyişdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ