Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Afrikada fil safari həvəskarlarına qorxulu anlar yaşatdı - VİDEO

Afrikada fil safari həvəskarlarına qorxulu anlar yaşatdı - VİDEO

Tarix: 1 Dekabr 2021 14:02

Bir qrup turist qəzəbli filin hücumuna məruz qalıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Afrikanın cənubundakı "Krugir" Milli Parkında baş verib.

Safaridə iştirak edən macəra axtaranlar fil sürüsü ilə qarşılaşıblar. Nəhəng heyvanlar yaşayış yerlərində "yadelliləri" görməkdən məmnun qalmayıb. Onlardan biri irəli atılaraq xortumu ilə safari maşınını itələməyə başlayıb.

Bu zaman insanlar arasında böyük panika yaşanıb. Fil uzaqlaşınca onlar avtomobildən qaçıblar.

Qeyd edək ki, Filin hücumu nəticəsində xəsarət alan olmayıb. Lakin safari avtomobilinə ciddi ziyan dəyib.

Milli.Az


Etiketlər:  Afrikada safari həvəskarlarına qorxulu anlar yaşatdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ