Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2021 16:00
İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən "Uotford" - "Çelsi" matçında azarkeşlərdən biri infarkt keçirib.
Sonxeber.net sportinfo.az-a istinadən xəbər verir ki, buna görə qarşılaşma 12-ci dəqiqədə dayandırılıb.
Görüşü saxlayan referi futbolçuları paltardəyişmə otağına göndərib. "Çelsi"nin həkimləri dərhal tribunaya çıxaraq həmin azarkeşə ilkin tibbi yardım göstərib.
Onun vəziyyəti sabitləşdikdən sonra təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Azarkeşin sağlıq durumu ilə bağlı dəqiq məlumat olmadan meydana çıxmaqdan imtina edən futbolçular yalnız sevindirici xəbəri aldıqdan sonra meydana dönüblər.
Onlar isinmə hərəkətlərini yerinə yetirdikdən sonra qarşılaşmanın hakimi oyunu qaldığı yerdən davam etdirib.