Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2021 17:50
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Brüsseldə keçirdiyi mətbuat konfransında Avropa İttifaqını (Aİ) koronavirusa qarşı məcburi peyvənd məsələsini müzakirə etməyə çağırıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə vaksinasiyadan keçə bilməyən çox balaca uşaqlar və ya xüsusi sağlamlıq vəziyyəti olan insanlar var.
"Bununla belə, böyük əksəriyyət peyvənd vurdura bilər. Ona görə də hesab edirəm ki, Aİ-də məcburi peyvənd məsələsini müzakirə etmək başa düşüləndir və normal olardı", - AK rəhbəri bildirib.