Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2021 23:27
Dəridəki öz-özünə yaranan göyərmələr qan xərçənginin inkişafını göstərə bilər.
Bu barədə "Blood Cancer UK" xeyriyyə təşkilatı xəbər yayıb.
"Əvvəlcə onlar qırmızı ləkələrə bənzəyirlər, zaman keçdikcə rəngi dəyişir, tündləşir və tez-tez ağrıyır... Onları tünd dəridə aşkar etmək daha çətindir", - deyə həkimlər bildiriblər.
Qan xərçənginin digər əlamətləri arasında həkimlər səbəbsiz çəki itkisi, nəfəs darlığı, gecə tərləmələri, solğunluq, şiddətli infeksiyalar, qızdırma, səpgi və ya qaşınma, sümüklərdə və oynaqlarda ağrıları, yuxudan və ya istirahətdən sonra da bitməyən yorğunluq adlandırdılar.
Həkimlərin fikrincə, qan xərçənginin əlamətləri yavaş-yavaş görünür, bəzilərində isə ümumiyyətlə olmaya bilər.
Bununla belə, vaxtında diaqnoz sayəsində xəstəlik müalicə edilə bilər.
Lakin bu əlamətlər başqa hallarda da olur, məsələn C vitamini çatışmazlığı, damar partlaması, infeksion xəstəliklər, varikoz,qan laxtalanması və s.