Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2021 18:18
Bu dünyaya gəlməməli olduğunu düşünən və buna görə anasının həkiminə qarşı iddia qaldıran ingiltərəli Evi Tumbs məhkəmədə qalib gəlib və təzminatı udub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, dekabrın 1-də Londonda keçirilən məhkəmə iclasında hakim Rozalind Kou onurğa sütunu parçalanması ilə doğulan və artıq 20 ildi bundan əziyyət çəkən qızın ömrünün sonuna qədər ödəniş alması barədə qərar çıxarıb.
Hakimin tarixi qərarı bir presedent yaratdı: bundan sonra digər həkimlər ailə planlamasında səhlənkarlığa (nəticədə ciddi xəstəliklə uşaqların dünyaya gəlməsinə) görə cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
Hakim bildirib ki, həkim Filip Mitçelin qadına hamiləliyi planlaşdırarkən və hamiləliyin ilk 12 həftəsi ərzində fol turşusu həbləri qəbul etməsinin zəruriliyi barədə xəbərdarlıq etmədiyini bildirən prokurorun rəyi ilə razılaşır. Qızın sözlərinə görə, anası bu barədə bilsəydi, o, göstərişlərə əməl edib hamiləliyi təxirə salardı. Nəticə etibarilə, Tumbs doğulmaz və ciddi bir xəstəlikdən əziyyət çəkməzdi, hansı ki, bəzən bütün günün sistem iynələrinin altında keçirməli olur.
Ümumiyyətlə, Evi Tumbs dünyaya gəlməsini həkim səhlənkarlığından yaranan səhv hesab edir.
Tərəflər məhkəmədən kənarda razılaşmadıqları halda, Tumbs üçün kompensasiyanın tam məbləğini müəyyən etmək üçün iş məhkəməyə qaytarılacaq.