Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərxan kəndinin məktəb problemi - VİDEO

Sərxan kəndinin məktəb problemi - VİDEO

Tarix: 3 Dekabr 2021 19:14

Şəmkir rayonu Sərxan kənd sakini Seymur Mirzəyev Qalib Mirzəməmmədov adına Sərxan tam orta məktəbinin vəziyyətini video şəklində qaynar xəttimizə göndərib. Görüntülərdən məktəbin ciddi təmirə ehtiyacı olduğu duyulur. Məktəbin həm xarici görünüşü, həm də sinif otaqları acınacaqlı vəziyyətdədir. Tamaşaçı məktəbin həm kitabxanasında, həm də bufetində eyni vəziyyətin hökm sürdüyünü, şagirdlərin bu yerlərdən istifadə edə bilmədiyini deyir.

Vəziyyətin necə olduğunu dəqiqləşdirmək üçün adıçəkilən məktəbin rəhbərliyi ilə əlaqə saxladıq. Telefona cavab verən təlim-təhsil işləri üzrə dərs hissə müdiri Adil Sadıqov bildirdi ki, əslində görüntülərdə izlədiyimiz məktəbin köhnə binasıdır. Hazırda məktəb 2005-ci ildə inşa edilmiş yeni binada fəaliyyət göstərir. Amma həmin korpus hazırkı şagird sayına cavab vermir. Bu səbəbdən hələ də köhnə binadan istifadə etmək məcburiyyətində qalırlar. Adil müəllim məsələ ilə bağlı Şəmkir rayon təhsil şöbəsinə müraciət olunduğunu, bu problemin yaxın zamanlarda həllini tapacağına ümid etdiklərini dedi. Biz də həm ümid edir, həm də məsələni diqqətdə saxlayacağımıza söz veririk.

Milli.Az Real Tv-nin sujetini təqdim edir:

Milli.Az


Etiketlər:  Sərxan kəndinin məktəb problemi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ