Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dar cins şalvar xəstəxanaya düşməsinə səbəb oldu

Dar cins şalvar xəstəxanaya düşməsinə səbəb oldu

Tarix: 4 Dekabr 2021 08:12

Avstraliyada saatlar ərzində dar şalvar geyinən qadın əzələ zədələnməsi, ayaqlarda şişmə və sinir hüceyrələrinin sıxılması səbəbilə xəstəxanaya yerləşdirilib.

Milliyet.com saytının xəbərinə görə, Avstraliyada yerləşən Royal Adelaide Xəstəxanasından dr. Thomas Kimber adı açıqlanmayan 35 yaşındakı qadının 4 gün müalicə aldığını qeyd edib. Dar cins şalvarın ayaqlara bu qədər zərər verməsinə təəccübləndiklərini ifadə edən Kimber qadının bir tanışının dolablarını boşaltmasına yardım etdiyini və buna görə də saatlarla əyilib-qalxdığını, ertəsi gün isə ağrıları səbəbilə xəstəxanaya yerləşdirildiyini bildirib.

Kimber əvvəllər də dar cins şalvarların qasıqlarda sinir zədələnmələrinə yol açdığına dair hallara rast gəlindiyini və ciddi əzələ zədələnmələri ilə qarşılaşdıqlarını vurğulayıb. Əyilib-qalxmanın ayağın aşağı hissəsində əzələlərin sıxılmasına yol açaraq baldır əzələlərinə qan axınının azalmasına səbəb olduğunu söyləyən Kimber dar şalvarın bu halı daha da çətinləşdirdiyinə diqqət çəkib.

Xəstəxanadakı 4 günlük müalicədən sonra xəstənin tamamilə yaxşılaşdığını qeyd edən Kimber problemin yetərincə elastik olmayan parçadan qaynaqlandığını düşündüyünü vurğulayıb. O, olduqca elastik cins şalvarların sinirləri və əzələləri zədələməyəcəyini bildirərək qadınları yenə də dar cinsləri ilə əyilib-qalxmaqla bağlı xəbərdar edib.

Kimber özünün dar cins geyinib-geyinmədiyinə dair suala isə belə cavab verib: "Xeyr, geyinmirəm. Ancaq təhlükə səbəbilə deyil, dar cins geyinmək üçün çox yaşlı olduğuma görə".

Dr. Kimber və komandasının "maraqlı xəstəlik halına" dair hesabatı "Journal of  Neurology, Neurosurgery and Psychiatry" adlı jurnalda dərc olunub.


Etiketlər:  cins şalvar xəstəxanaya düşməsinə səbəb oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ