Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2021 09:00
Mətbəxdə uzun müddət qaldıqda cücərən sarımsağı adətən yeyilməyəcəyi fikri ilə zibil qutusuna atırıq.
Ancaq əslində cücərən sarımsaq daha faydalıdır. Cücərən sarımsaqda olan antioksidant miqdarı cücərməyənə nisbətən daha çoxdur. Cücərən sarımsağın tərkibində insan üçün olduqca faydalı maddələr vardır. Sarımsaq nə qədər yetişsə, tərkibindəki antioksidant miqdarı da artır.
Sarımsaq damar tıxanıqlığından tutmuş qulaq infeksiyalarına qədər bir çox xəstəliklərə faydalıdır. Yaşlanma müddətini qısaltdığı haqda da fikirlər mövcuddur. Cücərən sarımsağın virusların qarşısını alaraq xərçəngi əngəllədiyi də qeyd edilir. Cücərmiş sarımsaq damarlarda tıxanıqlığın qarşısını alır və ürək-damar xəstəlikləri riskini azaldır.
Evdə sarımsağı necə cücərtmək olar?
Bir qabın içərisinə az miqdarda su qoyun. Sarımsağı suya yüngülcə dəyəcək şəkildə qabın içərisinə qoyun və pəncərənin önünə yerləşdirin. Bir həftə ərzində cücərdiyini görəcəksiniz.