Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2021 09:00
"2020-ci ildə "Bayraktar TB2" pilotsuz uçuş aparatları erməni tanklarını və digər maşınlarını darmadağın etdi. Rusiyanın Ermənistana verdiyi hava hücumundan müdafiə sistemləri onları dayandırmaqda aciz qaldı".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın "Forbes" jurnalının Ukrayna ilə Rusiya arasındakı mümkün müharibə ilə bağlı məqaləsində yazılıb.
Türkiyənin İdlibdə həyata keçirdiyi əməliyyatlarda, keçən il Azərbaycanın Ermənistan üzərindəki qələbəsində və Polşaya satılan 24 ədəd Türkiyə PUA-ları beynəlxalq medianın gündəmindən düşmür.
ABŞ-ın nüzuflu "Forbes" jurnalının tanınmış jurnalisti Devid Hamblinq Ukrayna ilə Rusiya arasındakı böhranı təhlil edib. Bildirib ki, Ukraynada "Bayraktar"ın olması baş verə biləcək mümkün müharibənin gedişatını dəyişə bilər.