Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İşlədiyi mağazadan 63 min manat oğurladı

İşlədiyi mağazadan 63 min manat oğurladı

Tarix: 4 Dekabr 2021 14:24

Salyan rayon sakini İslam Ağayev Rayon Polis Şöbəsinə müraciət edərək müxtəlif vaxtlarda ona məxsus inşaat materialları mağazasından pulunun oğurlanması və ümumilikdə ona 63000 manat maddi ziyan dəyməsi barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törədən, əvvəllər zərərçəkmişə məxsus mağazada işləyən rayonun Arbatan kənd sakini Ruslan Mustafayev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs cari ilin sentyabr-noyabr ayları ərzində ayrı-ayrı vaxtlarda mağazada tikinti materiallarının satışından əldə olunan pulların saxlanıldığı otağa paltarını dəyişmək adı ilə daxil olaraq ümumilikdə mağaza sahibinə məxsus 63.000 manat pulu gizli yolla oğurlayıb.

Faktla əlaqədar Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  İşlədiyi mağazadan 63 min manat oğurladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ