Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2021 18:46
Türkiyənin "Beşiktaş" futbol klubu ciddi itki ilə üzləşib.
Sonxeber.net İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanın aparıcı yarımmüdafiəçisi Jorj-Kevin N Kudu zədələnib.
Səfərdə "Kasımpaşa" ilə 1:1 hesablı heç-heçə etdikləri Türkiyə Super Liqasının XV tur matçında ayaq biləyindən xəsarət alan 26 yaşlı oyunçunun təqribən 3 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
Qeyd edək ki, bu mövsüm "Beşiktaş"ın heyətində 9 oyunda meydana çıxan Jorj-Kevin N Kudu 2 qol vurub.