Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2019 12:08
Bakı. İlhamə İsabalayeva - Trend:
Bu gün dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin Cəlilabad, Quba, Şamaxı, Lənkəran və İmişli rayonları üzrə müsahibə mərhələsinə başlanılıb.
Trend-in məlumatına görə, bu mərhələdə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 114 namizədin iştirakı nəzərdə tutulur. Sözügedən rayonlar üzrə müsahibələr avqustun 30-dək davam edəcək.
Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.
Qeyd edək ki, 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. Sənəd qəbulu zamanı 3403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib.
Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1643 nəfər iştirak edib.
21-23 avqust tarixlərində Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin