Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2021 20:54
"Azərbaycan Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan "Hürkuş" təlim təyyarəsi ilə xüsusilə maraqlanır".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir "Milliyet" qəzetinə müsahibəsində bildirib.
İ.Dəmir deyib ki, Türkiyə istehsalı olan amfibiya hücum gəmisi "TCG Anadolu"nun 2022-ci ildə istifadəyə verilməsi gözlənilir və gəmiyə silahlı və silahsız pilotsuz uçuş aparatları olan İHA/SİHA-ların yerləşdirilməsi ilə bağlı layihə davam edir: "Hürkuş" da Azərbaycanda çox marağa səbəb olub. Bu məsələdə tezliklə inkişaflar gözləyirik".
Qeyd edək ki, dekabrın 3-də Azərbaycanda Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə 2 "Hürkuş" hərbi təyyarəsinin nümayiş uçuşları icra olunub.