Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2021 21:20
Ümumdünya Səhiyyə Təşkilatı "Omikron" ştammının koronavirusun daha ağır forması ilə nəticələnməsinə dair fikir yürütməyin hələ tez olduğunu bildirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, təşkilatın eksperti Maria van Kerkhovenin izah edib ki, yeni ştammın xəstəlikdən tam sağalmaya qədər bütün mərhələlərdən keçməsi üçün vaxt tələb olunur.
Onun sözlərinə görə, ilkin məlumatlar göstərir ki, koronavirusun "Omikron" ştammı ilə yoluxmuş şəxslər COVID-19-u daha yüngül formada keçirir, lakin bununla bağlı yekun nəticə çıxarmaq hələ tezdir.
Qeyd edək ki, bu günə qədər 40-dan çox ölkədə "omikron" ştammı müəyyən edilib.