Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zidanın PSJ-dən iki tələbi

Zidanın PSJ-dən iki tələbi

Tarix: 7 Dekabr 2021 17:30

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan PSJ-nin sükanı arxasına keçməyin əleyhinə deyil.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssisin bunun üçün bəzi şərtləri var.

49 yaşlı çalışdırıcı Paris təmsilçisi ilə ilkin danışıq aparıb. O, həmyerlisi Arsen Vengerlə birlikdə çalışmaq arzusundadır. Zidan "Arsenal"ın sabiq baş məşqçisinin klubun strateji inkişafı ilə məşğul olmasını istəyir. 71 yaşlı Venger hazırda FİFA-da futbolun qlobal inkişafı departamentinin rəhbəri vəzifəsində çalışır.

Qeyd edək ki, PSJ-nin hazırkı baş məşqçisi Mauritsio Poçettinonun mövsümün sonunda "Mançester Yunayted"in sükanı arxasına keçməsi gözlənilir.

Milli.Az


Etiketlər:  Zidanın PSJ dən iki tələbi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ