Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ ölkələrinin hərbi xərcləri ARTIB

Aİ ölkələrinin hərbi xərcləri ARTIB

Tarix: 7 Dekabr 2021 21:54

Avropa İttifaqına (Aİ) daxil olan ölkələr 2020-ci ildə müdafiə sahəsində təxminən 200 milyard avro (225 milyard dollar) xərcləyib.

Sonxeber.net modern.az-a istinadən bildirir ki, bu barədə Aİ-yə üzv ölkələrə hərbi imkanlarını inkişaf etdirməyə kömək edən Avropa Müdafiə Agentliyinin hesabatında deyilir.

Bu, hesabatın dərc edilməyə başladığı 2006-cı ildən etibarən ən yüksək göstərici hesab edilir.

Müdafiə xərcləri Aİ-nin 26 dövlətinin iqtisadi məhsulunun 1,5%-ni təşkil edib.

Aİ üzvlərinin əksəriyyəti də NATO-nun bir hissəsidir, lakin lazım gəldikdə ABŞ-dan asılı olmayaraq hərəkət etmək istəyir. Bəzi ölkələr "Avropa ordusu" ideyasını irəli sürsə də, layihəyə qarşı çıxan dövlətlər var. Agentliyin hesabatında o da bildirilir ki, üzv ölkələrin birgə silah proqramlarına qoyduğu investisiyalar 2019-cu illə müqayisədə 13% azalıb.


Etiketlər:  ölkələrinin hərbi xərcləri ARTIB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ