Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2021 13:08
Antalyada özəl tələbə yataqxanasında aşpaz işləyən 38 yaşlı İhsan Güney 18 yaşlı universitet tələbəsi Mehmet Sami Tuğrulu qətlə yetirib.
Sonxeber.net "Ölkə.Az"a istinadən xəbər verir ki, dəhşətli hadisə Antalya Elm və Mədəniyyət Dərnəyinin Kəpəz rayonunda yerləşən 4 mərtəbəli tələbə yataqxanasının yeməkxanasında baş verib.
Yataqxanada aşpaz işləyən İhsan Güney Akdəniz Universitetinin Kompyüter Mühəndisliyi fakültəsinin 1-ci kurs tələbəsi Mehmet Sami Tuğrulun naməlum səbəbdən balta ilə başını kəsərək qətlə yetirib.
Daha sonra qatil 18 yaşlı tələbənin kəsilmiş başını sinəsinə qoyub "Dəccalı vurdum" deyə qışqırmağa başlayıb.
Hadisəni görən tələbələrdən biri bufetin qapısını bağlayıb kilidlədikdən sonra polisə xəbər edib.
Hadisə yerinə gələn polis əməkdaşları İhsan Güneyi saxlayıb.
Araşdırma aparılır.