Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ermənistan 3+3 formatında ilkin görüşdə iştirak edəcək” - Paşinyan

“Ermənistan 3+3 formatında ilkin görüşdə iştirak edəcək” - Paşinyan

Tarix: 9 Dekabr 2021 08:34

"Ermənistan 3+3 formatında keçiriləcək ilkin görüşdə iştirak edəcək".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, bu məsələdə Ermənistan tərəfinin mövqeyi dəyişməz olaraq qalır: əgər gündəliyə başqa formatlarda artıq müzakirə olunan məsələlər çıxarılmazsa, İrəvan 3+3 formatında maraqlı ola bilər.

"Dekabrın 10-da bu işçi qrupun ilkin görüşü 3+3 və ya ola bilsin ki, 3+2 formatında baş tutacaq. Ermənistan bu görüşdə xarici işlər nazirinin müavini səviyyəsində iştirak edəcək. Çünki ilkin görüş bu səviyyədə nəzərdə tutulub.

Regional dialoq üçün effektiv platformalar tapmağa çalışmalı olduğumuz bir həqiqətdir və biz bu istiqamətdə mümkün qədər səmərəli işləməyə çalışacağıq", - deyə Paşinyan qeyd edib.


Etiketlər:  Ermənistan formatında ilkin görüşdə iştirak edəcək Paşinyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ