Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2021 16:26
Rusiyada son bir gündə daha 30 209 nəfərə COVID-19 diaqnozu qoyulub.
Sonxeber.net xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 9 925 806 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 181 nəfər artaraq 286 004-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 637 861 nəfər sağalıb.