Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident “Yüksəliş” müsabiqəsi üçün 1 milyon pul ayırdı

Prezident “Yüksəliş” müsabiqəsi üçün 1 milyon pul ayırdı

Tarix: 9 Dekabr 2021 18:39

Prezident İlham Əliyev 2022-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam verib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən:

1. 2022-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1.000.000 (bir milyon) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1293) 2-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilsin:

"Təşkilat Komitəsinin sədri

Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Təşkilat Komitəsinin üzvləri

Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Fərid Qayıbov - Azərbaycan Respublikasının gənclər və idman naziri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Emin Əmrullayev - Azərbaycan Respublikasının təhsil naziri

Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri

Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Məleykə Abbaszadə - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri

Ülvi Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Balakişi Qasımov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.".


Etiketlər:  Prezident Yüksəliş müsabiqəsi üçün milyon ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ