Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2021 19:40
Əməkdar artist Yusif Mustafayev yenə də açıqlaması ilə müzakirələrə səbəb olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni "Tam vaxtıdır" proqramının qonağı olub. Verilişdə sənətçi bacısından danışıb.
O, aparıcı Roza Zərgərlinin "Bacınızın adı nədir" sualına "Bacım sağdır, nəvələri var. Bizdə efirdə arvadın adın demirik. Qadın adı deyilməz. Köhnə əsrin adamlarıyıq" reaksiyasını verib.
O bildirib ki, 8 nəvəsi var. Onlardan ikisi isə əkizdir:
"Banu və Çiçək ən balacalarıdır. Onları yığıram maşınıma. Öz avtomobilimə yerləşmirlər, avtobusum var. Səkkizini də ora otuzdurub, aparıb gəzdirirəm. İstəyirəm sayları artsın".
Y.Mustafayev Covid-19-a yoluxduğunu açıqlayıb:
"Səhhətimdə heç bir problem yoxdur. Koronavirusa yoluxdum, salamat başa vurdum. Bilirdim tutacam, qonşu gəlir-gedir. Keçməli idi".