Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qripp və soyuqdəymədən sonra bərpa dövrü. HƏKİM TÖVSİYƏLƏRİ

Qripp və soyuqdəymədən sonra bərpa dövrü. HƏKİM TÖVSİYƏLƏRİ

Tarix: 9 Dekabr 2021 21:45

Qripp və soyuqdəymənin simptomları yox olduqdan sonra insan müəyyən müddət ərzində özünü halsız, zəif hiss edir, adi işlər görəndə çox tez yorulur, əsəbi olur, yuxusuzluqdan, baş ağrılarından əziyyət çəkir.

Bu xəstəlikdən sonrakı bərpa dövrünün simptomlarıdır. Bu dövr təxminən 1-2 həftə ərzində davam edir. Əgər sadaladığımız simptomlar daha uzun müddət ərzində sizi narahat edirsə, mütləq həkimə müraciət edin. Bu ağırlaşmaların inkişafından xəbər verə bilər.

Məsələ burasındadır ki, qrip və soyuqdəymə xəstəlikləri immun sistemini kəskin zəiflədir. Bu fonda insan istənilən infeksiyaya çox həssas olur. Digər tərəfdən immun sisteminin zəifləməsi fonunda insan orqanizmində "yatmış" vəziyyətdə olan virus və mikroblar "oyanıb" müxtəlif xəstəliklər törədə bilər. Bu xəstəliklər arasında: miokardit (ürək əzələsinin iltihabı), meningit, ensefalit (beyinin və beyin qişalarının iltihabı), pnevmoniya (ağciyər iltihabı).

Bütün bunları nəzərə alaraq insan xəstəlikdən düzgün çıxmağa bacarmalıdır. Burada bizim tövsiyələrmiz sizə yardım edə bilər:

1. Xəstəlikdən sonra ilk 2 həftə ərzində özünüzü maksimal şəkildə qoruyun. Daha çox dincəlməyə çalışın, həddindən artıq çox işləməyin və yorulmayın.

2. Kifayət qədər yatın. İmkan olduqda günorta saatlarında 30-40 dəqiqə ərzində yatmağa çalışın.

3. Yaxşı qidalanın. Qidalanmanızda təzə meyvə-tərəvəzlər (xüsusilə sitrus meyvələri, soğan-sarımsaq, göyərti, paxlalılar və s.), yağsız ət, balıq, süd məhsulları, sıyıqlar (xüsusilə qarabaşaq, yulaf yarması) olmalıdır.

Qoz, badam, keşyu, fındıq, püstə immun sisteminə çox müsbət təsir edir. Hər gün 1 ovuc qoz-fındıq qarışığı yeyin.

4. Kifayət qədər maye qəbul edin. Bu vəziyyətinizin tez yaxşılaşmasına kömək edəcək. Şirələrin arasında kök, çuğundur, alma şirələrinin qarışığı çox faydalıdır.

Zəncəfil çayı da çox yaxşı təbii immunostimulyatordur. 3-4 sm uzunluqda təzə zəncəfil kökü sürtgəcdən keçirilir, 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir (termosda dəmləmək daha yaxşıdır) və süzülür. Dəmləməyə 1 çay qaşığı bal və 1 dilim limon əlavə edin və için.

5-6 ərik qurusunu xırda tikələrə doğrayın və 1 ovuc kişmişlə birlikdə axşamdan termosda 1/2 l qaynar suda dəmləyin. Dəmləməni gün ərzində için və meyvələri yeyin.

5. Hər gün 1 saat ərzində təmiz havada gəzin.

6. Həkimlə məsləhətləşdikdən sonra vitamin-mineral kompleksi qəbul edin.

Milli.Az


Etiketlər:  Qripp soyuqdəymədən sonra bərpa dövrü HƏKİM TÖVSİYƏLƏRİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ